Şəxsi hesab vərəqəsi ilə bağlı maraqlı sətir: Təsdiqlənməmiş azalmalar

Şəxsi hesab vərəqəsi ilə bağlı maraqlı sətir: Təsdiqlənməmiş azalmalar

Sual: Vergi ödəyicilərinin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar sətri mövcuddur və bu sətrdə qeydlərin edilməsi vergi ödəyicisinin təqdim etdiyi məlumatlar əsasında səhvən hesablanmış verginin azaldılması hüququnu məhdudlaşdırır. Təsdiqlənməmiş azalmalar hansı qanunverici aktla tənzimlənir və vergi ödəyicisi bu tip azalmaları hansı şərtlər daxilində təsdiqlədə bilər?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi bidirişlə bağlı olmadıqda həmin bəyannamə üzrə “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ının müddəalarına uyğun olaraq kameral vergi yoxlaması aparılır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləği mübahisələndirilərsə bu zaman vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirakı ilə araşdırma aparılmaqla vergi orqanı tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

- Kameral vergi yoxlamasının nəticəsi tam ləğv edilir;

- Kameral vergi yoxlamasının nəticəsi qismən ləğv edilir;

- Kameral vergi yoxlamasının nəticəsi qüvvədə saxlanılır;

- Səyyar vergi yoxlanılmasının keçirilməsi məsələsinə baxılması üçün materiallar audit strukturuna göndərilir.

Həmçinin, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Əlavə olaraq bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə ətraflı məlumatla Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 37-ci, 62-ci və 70-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş və 22.09.2016-ci il tarixdə 15201609071400 nömrə ilə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər