Cavab: Bildiririk ki, müəssisə tərəfindən xidməti müqavilə əsasında ona xidmət göstərən VÖEN təqdim etməyən fiziki şəxsə müqavilənin yerinə yetirilməsindən irəli gələn xərclərin--- əvəzinin ödənilməsi məqsədi ilə ödənilən məbləğlər fiziki şəxsin gəliri hesab olunmaqla Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.
Müqavilənin icrası ilə əlaqədar müəssisə tərəfindən fiziki şəxsə ödənilən xərclər, o cümlədən də sorğunuda qeyd xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda müəssisənin vergi tutulan gəlirindən çıxıla bilər.
Əlavə olaraq xatırladırıq ki, göstərilmiş xidmətlərin haqqını ödəyən aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ