Hansı halda kassa çeki yox, mədaxil qəbzi ilə fəaliyyət göstərmək olar?

Hansı halda kassa çeki yox, mədaxil qəbzi ilə fəaliyyət göstərmək olar?

Sual: Səhiyyə xidməti fəaliyyəti ilə məşğul olan MMC Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən mədaxil qəbzləri tətbiq etməklə fəaliyyət göstərə bilər? Əgər cəmiyyət NKA quraşdırmışdırsa, əhali ilə nağd hesablaşmaları NKA tətbiq etməklə apara bilərmi və bu hal vergi qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilmir ki?
Cavadova Sevinc Sabir, [email protected], Xırdalan şəhəri (11.06.2018)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, nağd hesablaşmaları aparan vergi ödəyicisi elektron qaimə-fakturanın verilməsindən asılı olmayaraq mütləq qaydada NKA çekini təqdim etməlidir. Qeyd olunanlara əsasən səhiyyə müəssisələri nağd pul hesablaşmalarını NKA tətbiq etmədən, ciddi hesabat blankları vasitəsi ilə rəsmiləşdirə bilərlər. Bununla belə, həmin müəssisələrin öz istəklərinə əsasən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi də məhdudlaşdırılmır.

Bax: Vergi Məcəlləsinin 15.1.15-ci və 16.1.8-ci maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər