Cümə, 08 İyun 2018 06:37

Əmlak vergisi ilə bağlı maraqlı sual

Sual: Şirkətin balansında avtokar mexaniki nəqliyyat vasitəsi vardır. Avtokarın qalıq dəyəri əmlak vergisindən azaddırmı?

Davud Umudov Umud, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (07.06.2018)

Cavab: Bildiririk ki, əmlak vergisinin vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri mexaniki nəqliyyat vasitələrinin dəyəri qədər azaldılır.

“Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli 517-IQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, özügedən maşınlar dedikdə isə tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi başa düşülür.

Qeyd edilənlərə əsasən avtokarlar mexaniki nəqliyyat vasitələrinə aid edilir və onların  dəyəri əmlak vergisinə cəlb edilmir.

Bax: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi..

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın