İki fiziki şəxs arasında olan əməliyyatların vergi öhdəliyi

İki fiziki şəxs arasında olan əməliyyatların vergi öhdəliyi

Sual: Əgər fiziki şəxs digər fiziki şəxs ilə xidməti müqavilə bağlayırsa hansı vergiləri verir?

Fuad, [email protected] (07.06.2018)

Cavab: Bildiririk ki, mülki-hüquqi müqavilələr əsasında işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxs vergi orqanlarında uçotda olmadığı halda ödənişi edən şəxs etdiyi  ödənişlərdən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisini hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəməlidir.

Bununla belə, vergi ödəyicisi olmayan şəxslərə göstərilmiş xidmətlər müqabilində ödəmələr aparılan zaman aparılmış ödəmələr barədə qanunla müəyyən edilmiş hallarda və qaydada məlumatlar vergi orqanına verilməlidir.

Mülki-hüquqi müqavilələr əsasında işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxs vergi orqanlarında uçotda olan şəxslər olduqda isə onlara edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən şəxslər tətbiq etdikləri vergitutma metodundan (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.

Fərdi sahibkarın vergi öhdəlikləri isə onun vergi mükəlləfiyyətindən asılı olaraq müəyyən olunur və həmin şəxs sadələşdirilmiş vergi ödəyicisi olduqda müvafiq dərəcə ilə (2 və ya 4 faiz) hasilatdan, gəlir vergisinin ödəyicisi olduqda isə vergitutulan gəlirdən 20 faiz dərəcə ilə vergini hesablayıb ödəməlidir.

Bax:Vergi Məcəlləsinin 17-ci, 73-cü, 96.1-cı, 101.1-ci, 101.3-cü, 150.1.7-ci, 219.1-ci və 220.1-ci maddələri

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər