Vergilər Nazirliyinə maraqlı sual: "Məni həbsxanaya göndərmək sizin səlahiyyətiniz var?"

Vergilər Nazirliyinə maraqlı sual: "Məni həbsxanaya göndərmək sizin səlahiyyətiniz var?"

Sual:  Mən kənd təsərrüfatı məhsulların satışı ilə məşğul idim. Büdcəyə 235 manat borcum var. Lakin nə mülkiyyətimdə, nə də istifadəmdə heç bir əmlak və yaxud aktiv yoxdur. Borclar silinəcək? Məni həbsxanaya göndərmək sizin səlahiyyətiniz var?

Tofiq Bəhramov, [email protected], Bakı (07.06.2018)

Cavab:  Bildiririk ki, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:

- Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;

- Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.

Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

Onu da qeyd edək ki, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanının hüquqlarına aid edilmişdir.

Qaldırılmış iddia əsasında məhkəmə tərəfindən əmlakın siyahıya alınması haqqında qərar qəbul edildikdə isə mövcud qanunvericiliyinin tələbləri nəzərə alınmaqla icra məmuru borclunun əmlakını siyahıya ala bilər.

Bu zaman “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda göstərilən əmlak istisna olmaqla borcun ödənilməsinin təmin olunması məqsdədi ilə icra məmuru həmin şəxsə məxsus əmlakı siyahıya ala bilər.

Sorğunuzda qeyd olunan məbləğin müqabilində borclunun həbs qətimkan tədbirinə cəlb olunması məqsədi ilə cinayət işinin qaldırılması isə mövcud qanunvericilikdə nəzərdə tutulmur.

 Bax: Vergi Məcəlləsinin 23.1.8-ci maddəsi, Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”.

Əmək Münasibətləri: A-dan Z-yə SATIŞDA

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər