Bonus məbləği xidmət, yoxsa satışdankənar gəlir hesab olunur?

Bonus məbləği xidmət, yoxsa satışdankənar gəlir hesab olunur?

Sual: Müəssisə bir xarici satıcı firmadan müntəzəm olaraq mal idxal edir. Tərəflərin razılığı ilə satıcı firma alıcıya ilin sonunda bir dəfə müəyyən bir məbləğ (bonus) ödəyir. Bonus məbləği tərəflər arasında realla alqı-satqı həcminə görə müəyyən edilir, satıcının alıcıya sonralar təqdim edəcəyi malların dəyərindən düşülmür və satıcı tərəfindən birbaşa alıcının bank hesabına ödənilir. Alıcı firmada bu qayda ilə yaranan gəlir hansı növ gəlir sayılmalıdır: xidmət gəliri, yoxsa satışdankənar gəlir?
Nadir Cabbarov, Bakı

Cavab: Bildiririk ki, satışdankənar gəlirlərə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən gəlirlər aid edilir.
Bu baxımdan, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilənin icrasının nəticəsi olaraq ödənilən əlavə məbləğ satışdankənar gəlir kimi təsnifləşdirilmir.
Bax: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər