Təsisçinin maliyyə yardımı və ya borcuna vergi hesablanmalıdır?

Təsisçinin maliyyə yardımı və ya borcuna vergi hesablanmalıdır?

Sual: Təsisçinin hüquqi şəxs üçün etdiyi əvəzsiz maliyyə yardımı və ya borc kimi verdiyi məbləğə görə hüquqi şəxsin hansı vergi öhdəliyi yaranır?
İmanov Cavid Cavanşir, [email protected] (04.06.2018)

Cavab: Bildiririk ki, hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.
Eyni zamanda bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bax: Vergi Məcəlləsinin 14-cü, 18-ci və 110-cu maddələri.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

1 Komment

  1. Sedi 06 İyun 2018

    Ortada odenilen faiz mebleqi yoxdursa, neye hesablanacaq axi Vergi? Vergi evvelce subut etmelidi ki, hansisa mebleq odenir. Verilmish kreditleein faizinden gelir o vaxt hesablanir ki, hemin faizler odenilmish olsun. Eger tesiscbiye hech bir Geri odenish olmamishsa Vergi hech bir cerime yaza bilmez

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər