Ezamiyyə ödənişini işçinin öz kartına ödəmək olar?

Ezamiyyə ödənişini işçinin öz kartına ödəmək olar?

Sual: Yenə də hüquqi şəxsəm dövriyyəm 200 min manatdan çoxdur və ƏDV ödəyicisiyəm. İşçimin birini xaricə ezamiyyətə göndərirəm. Uçuş biletini müəssisə olaraq bank köçürmə yolu ilə aldım. Əmrə əsasən işçiyə NK müəyyən etdiyi günlük normalara əsasən pulunu ödəməliyəm. Əsas məsələ ezamiyyət kompensasiya xarakterli olduğu üçün “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən nağdsız olmalıdır. Bu bəlli. Amma necə: - mən işçinin özünə məxsus hər hansı bir VİSA və ya Master karta kassadan götürüb aparıb bankomatdan "cash in" edə bilərəmmi ? - və ya müəssisənin cari hesabında həmin işçinin özünə məxsus olduğu fərdi kartına köçürmə edə bilərəmmi? Zəhmət olmasa sonda daha məsləhət olunan formanı (ezamiyyətlə bağlı) izah edərdiniz.

Tağızadə Tağı Kamal, [email protected], Bakı (23.05.2018) (Oxunub: 19 dəfə, ID: 17038)

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda dövriyyəsi müəyyən olmuş həddən yüksək olan vergi ödəyicisi tərəfindən işçiyə ödənilən əmək haqqı onun tərəfindən verilmiş plastik kart vasitəsi ilə naşdsız qaydada ödənilməlidir.

Kompensasiya xarakterli ezamiyyə xərcləri də məhz işçinin həmin kartına mədaxil edilməlidir.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər