Terminalla ödəniş edildikdə ƏDV-nin əvəzləşdirilməsinə icazə verilir?

Terminalla ödəniş edildikdə ƏDV-nin əvəzləşdirilməsinə icazə verilir?

Sual:  Alınmış malın dəyərini qarşı tərəfin hesabına ödəmə terminalı vasitəsi ilə ödədikdə (ƏDV hissəsi ayrıca olaraq qarşı tərəfin depozit hesabına ödənilib) alınmış mala görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək olarmı?

Hasil Əliyev, [email protected], Bakı şəhəri (24.04.2018)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödəniş terminalları vasitəsi ilə ödənişin aparılması nağdsız hesablaşmalara aid edilir.

Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Bax: Vergi Məcəlləsinin 175.1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbycan Respublikasının Qanunu.

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər