Mükafatdan gəlir vergisi hesablanmalıdır?

Mükafatdan gəlir vergisi hesablanmalıdır?

Sual: Mən dövlət gulluğunda calışıram və bilmək istərdim verilən mükafatlarin vergi faizi tutula bilər?

Nuriyyə Hüseynova, [email protected], Bakı (06.04.2018) 

Cavab: Bildiririk ki, əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab olunmaqla işəgötürən

tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.

Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür.

Göründüyü kimi, ümumi qaydaya əsasən mükafat muzdlu işlə əlaqədar alınan gəlir kimi vergiyə cəlb olunmalıdır.

Bununla belə, Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən müəyyən güzəşt və azadolmalar da vardır ki, vergi tutulan gəlirin azaldılmasına əsas verirlər. Sorğunuzda qeyd olunan mükafatın mahiyyəti, verilmə əsasları konkret açıqlanmadığından daha təfərrüatlı məlumatın verilməsi imkanlarımız xaricindədir.

Qeyd olunan məsələ ilə bağlı əlavə məlumatın alınmasına zərurət yarandıqda daha dolğun məlumat verməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Əmək Məcəlləsinin 154-cü maddəsi, Vergi Məcəlləsinin 98.1-ci maddəsi.

6 Komment

  1. Kəmalə 10 Aprel 2018

    Azərbaycan Respublikasında hal-hazırda minimum əmək haqqı nə qədər hesablanır

  2. Etibar 19 Sentyabr 2019

    salam, mən Dövlət qulluğunda çalışıram 1 ayın əvvəlində 150 manat mükafat alıram, ayın sonunda isə 553 manat əmək haqqı alıram, bilmək istəyirəmki 150 manatdan həmdə 553 manatdan ayrı ayrılıqda gəlir vergisi tutulmalıdır yoxsa yalnız 553 manatdan 200 azn çıxıldıqdan sonra qalan hissədən tutulmalıdır? xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz

  3. Emin İbrahimov 11 Dekabr 2019

    Sual: Mən dövlət gulluğunda calışıram və bilmək istərdim verilən mükafatlarin həmkar və silahlı qüvvələrə faizi tutula bilər?

  4. Kərimova Məlahət 26 Dekabr 2019

    Salam.Deyək ki,işçi bir ay ərzində 350.00 manat əmək haqqı və 240.00 manat mükafat alır. Bu halda onun gəlir vergisi necə hesablanmalıdır?

  5. nika 29 Dekabr 2021

    Salam.Deyək ki,işçi bir ay ərzində 500.00 manat əmək haqqı və yeni ile 50.00 manat mükafat alır. Bu halda onun gəlir vergisi necə hesablanmalıdır?

  6. Elşad 23 Dekabr 2022

    İşçiyə bayram pulu şəklində pul verilirsə bundan gəlir vergisi tutulur?

Şərh yazın

Xəbərlər