Elektron ticarətlə bağlı maraqlı halın vergi öhdəliyi

Elektron ticarətlə bağlı maraqlı halın vergi öhdəliyi

““Elektron ticarət haqqında” qanunda bu sualların cavabını tapa bilmədim”
Sual: Vergi orqanlarında sadələşmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçib, elektron ticarət saytı açmaq istəyirəm. Bu saytda hər hansı bir VÖEN-i olmayan fiziki şəxs özünə məxsus təzə və ya işlənmiş bir məhsulu satışa çıxardır müəyyən məbləğdə və bu məhsulu diğər bir fiziki şəxs online, yəni elektron qaydada bank kartı vasitəsilə alır. Bu zaman həmin şəxslərdən hər hansı bir vergi tutulur və ya yox? Tutulursa hansı qaydada? Mən vasitəçi olaraq, yəni sayt sahibi və mənim elektron portalımda iki fiziki şəxs VÖEN-i yoxdursa alış-veriş etdikdə onların ödənişləri mənim bank hesabıma düşür və alqı-satqı prosesində narazılıq yoxdursa satıcıya müvafiq xidmət haqqı tutularaq məhsulunun ödənişi bank vasitəsilə köçürmə yolu ilə ödənilir. Bu zaman həmin fiziki şəxslərə hər hansı bir vergi öhdəliyi yaranırmı? İki alqı-satqı edən satıcı VÖEN-i olmadan qazanc əldə edir. Bu zaman vasitəçinin öhdəliyi nədir? Vergini satıcı əvəzinə vasitəçi məbləğdən tutub ödəməlidirmi? Öncədən diqqətinizə görə təşəkkür edirəm. Xahiş edirəm sualı cavablandırasınız. “Elektron ticarət haqqında” qanunda bu sualların cavabını tapa bilmədim.


Xəzər Cüməliyev Cavad, [email protected], Bakı (31.03.2018) (Oxunub: 12 dəfə, ID: 16861)
Cavab: Bildiririk ki, mövcud qanunverilikdə malları təqdim edən şəxslərdən ödəmə mənbəyində verginin tutulması və malları təqdim edən şəxsin əvəzinə vergi agenti, yəni vergini tutmalı olan şəxs tərəfindən verginin ödənilməsi nəzərdə tutulmamışdır.
Bununla belə, vergi ödəyicisi olmayan şəxslərə alınmış malların müqabilində ödəmələr aparılan zaman aparılmış ödəmələr barədə qanunla müəyyən edilmiş hallarda və qaydada məlumatlar vergi orqanına verilməlidir.
Fəaliyyətinizlə bağlı əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 17-ci, 73-cü və 150.1.7-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər