Xarici saytdan məhsul aldıqda ƏDV hesablanır?

Xarici saytdan məhsul aldıqda ƏDV hesablanır?

Vergilər Nazirliyindən açıqlama


Sual: Onlayn alış-veriş zamanı xarici ticarət saytlarından məhsul aldığımız zaman 18% ƏDV ödəmliyik?
Yunisli Rəhim Sahib, [email protected], Bakı (31.03.2018)


Cavab: Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.
Onu da qeyd edək ki, müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır.
Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bax: Vergi Məcəlləsi 20.5-ci və 169.1-ci maddələri, Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”.

0 Komment

    Şərh yazın

    Xəbərlər