Vergi ödəyicisi hansı halda xarici ölkəyə xidmət haqqı ödəyərkən vergi hesablamalıdır?

Vergi ödəyicisi hansı halda xarici ölkəyə xidmət haqqı ödəyərkən vergi hesablamalıdır?

Vergilər Nazirliyindən bu suala cavab
 
Sual: 1. Vergi ödəyiciləri (hüquqi və ya fərdi sahibkarlar) xarici ölkəyə xidmət haqqı ödəyərkən (hər hansı xarici şirkətdən sertifikat almaq üçün) ÖMV ödəməlidir? Əgər ödəməlidirsə Vergi Məcələsinin hansı maddəsinə əsasən? 
2. ÖMV hansı hallarda ödənilməlidir?
Sona Rəhimova Nurxan, [email protected], Bakı (13.02.2018) 
Cavab 1: Bildiririk ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcələrlə vergi tutulur.
Sorğunuzda qeyd olunan halda əldə olunan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 10 faiz dərəcə vergiyə cəlb olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci və 150.1.6-cı maddələri.
Cavab 2.: Bildiririk ki, ödəmə mənbəyində vergi tutulmalı olan hallar Vergi Məcəlləsinin 150-cı maddəsinə göstərilmişdir.
Bax: Vergi Məcəlləsinin 150-cı maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər