Həm hədiyyə kartı və həm də kart üzrə malın satışı zamanı NKA çeki təqdim olunmalıdır?

Həm hədiyyə kartı və həm də kart üzrə malın satışı zamanı NKA çeki təqdim olunmalıdır?

Suala Dövlət Vergi Xidməti aydınlıq gətirir


Sual: Pərakəndə ticarət qaydasında hədiyyə kartı satılarkən nəzarət kassa aparatı çeki müştəriyə hədiyyə kartı alınan anda verilməlidir və ya hədiyyə kartını daha sonradan əldə edən şəxs pərakəndə ticarət fəaliyyəti aparılan obyektə yaxınlaşıb həmin hədiyyə kartını təqdim edib məhsulu təhvil aldıqda verilməlidir?
Cavab: Bildiririk ki, vergi öədyicisi tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər