Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

 

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.9-cu maddəsinə əsasən, fərdi sahibkar bank hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib edilir.

Mİsal.  Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bank hesabına 12 000 manat vəsait daxil olub. Vergi ödəyicisi həmin vəsaiti bank hesabından nağdlaşdırır və ya karta köçürür. Bu halda vergi ödəyicisi həmin məbləği kassa mədaxil orderi yazmaqla mədaxil etməlidir. Həmin vəsaiti şəxsi istehlak məqsədi ilə istifadə etdikdə isə kassa məxaric orderi yazmalıdır. Əks halda vergi orqanı tərəfindən vergi ödəyicisinə  pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə, 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər