İcarə məbləği üzrə ödəmə mənbəyində vergi necə hesablanır? (Misallarla izah)

İcarə məbləği üzrə ödəmə mənbəyində vergi necə hesablanır? (Misallarla izah)

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinir ki, vergi ödəyicisi icarə haqqından ödəmə mənbəyində vergini hesabladıqda ödənilən məbləğdən hesablamanı həyata keçirir.

Mİsal. Vergi ödəyicisi vətəndaşdan aylıq icarə haqqı 500 manat olan obyekti icarəyə götürür. Təcrübədə bəzən vergi ödəyicisi vətəndaşa 500 manat ödəniş etdiyi üçün 70 manat (500 manat (icarə haqqı) x 14 faiz (ödəmə mənbəyindən verginin dərəcəsi) məbləğində ödəmə mənbəyində vergini hesablayaraq dövlət büdcəsinə bəyan edirlər. Vergi ödəyici tərəfindən təqdim edilən vergi bəyannaməsində cəmi xərci 570 manat (500 manat (icarədara ödənilən məbləğ)+ 70 manat (ödəmə mənbəyində vergi) olaraq hesablayırlar. Amma  qeyd edilən hesablama düzgün hesab edilmir. Vergi ödəyicisi 500 manat məbləğində icarə haqqı ödəyəcəksə, o zaman ödəmə mənbəyində vergini tapmaq üçün aşağıdakı düsturdan istifadə etməlidir:

                500 manat (icarə haqqı) / 0.86 (14 faizlik vergini müəyyən etmək üçün) =  581.39 manat (hesablanan , yəni bəyannamə qeyd edilən məbləğ)

                581,39 manat (hesablanan məbləğ) x 14 faiz (ödəmə mənbəyində verginin dərəcəsi)= 81.39 manat (ödəmə mənbəyində vergi)

                581,39 manat (hesablanan məbləğ) -  81.39 manat (ödəmə mənbəyində vergi)=  500 manat (aylıq icarə haqqı məbləği)

Bəzən həmkarlarımızdan suallar daxil olur ki, icarə haqqından ödəmə mənbəyində hesablanan vergi də gəlirdən çıxılan xərclərə aid edilir,ya yox. İcarədara ödənilən və ödəmə mənbəyində verginin məbləğləri yekun məbləği təşkil etdiyi üçün, cəmi məbləğ, o cümlədən ödəmə mənbəyində vergi gəlirdən çıxılan xərclərə aid edilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər