Vergi ödəyicisi sosial ayırma ödədikdə niyə birbaşa şəxsi hesaba işlənilmir?

Vergi ödəyicisi sosial ayırma ödədikdə niyə birbaşa şəxsi hesaba işlənilmir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Məcburi dövlət sosial sığorta ayırmalarının yığılması vergi orqanlarının səlahiyətlərinə verildikdən sosial ayırmaların şəxsi hesaba işlənilməsində fərqli yanaşma tətbiq edildi. Vergi ödəyicisi sosial ayırma üzrə ödəniş etdikdə, şəxsi vərəqəyə birbaşa işlənilmir və ödənişlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilirdi. Vergi ödəyicisi hesabat verdikdən sonra həmin məbləğlər şəxsi vərəqəyə işlənilirdi.

2018-ci ilin 4-cü rübü üzrə ödənişlərin 2019-cu ilin yanvar ayında ödənilməsinə və sosial ayırmalar üzrə hesabat təqdim olunmasına baxmayaraq vergi orqanları 2019-ci ilin 1-ci rübündə ödənilən ödənişləri də  “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd etmişdilər. Həmin ödənişləri şəxsi hesab vərəqəsinə işənilməməsi səbəbindən minlərlə vergi ödəyicisinin borcu yarandı və bank hesablarına sərəncamlar qoyulmuşdu.

Vergi orqanı 2019-cu ilin II rübündən etibarən bu texniki problemi aradan qaldırdı.  Hazırda vergi ödəyicisinin rüb ərzində ödənişləri “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də qeyd edilir və hesabat bəyan edildikdən sonra  yaranan borcu qədər şəxsi hesab vərəqəsinə işlənilir.

Mİsal. Vergi ödəyicisi aprel, may və iyun aylarında hər ay üzrə 500 manat sosial ayırma ödəyib. Vergi orqanı rüb ərzində daxil olan 1500 manatı “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də qeyd edir. Vergi ödəyicisi 20 iyul 2020-ci il tarixində təqdim etdiyi vahid bəyannaməyə əsasən,  2020-ci il 2-cü rübü üzrə sosial ayırma öhdəliyi 1420 manat təşkil edib. Bu halda vergi orqanı tərəfindən 1420 manat vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilir, 80 manat “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”  bölməsinə qeyd edilir.

Qeyd edək ki, “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”  bölməsi vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin aşağı hissəsində qeyd edilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər