Vergi Məcəlləsinin 67.15-ci maddəsinin misallarla izahı

Vergi Məcəlləsinin 67.15-ci maddəsinin misallarla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.

1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilən 67.15-ci maddə uçotda olmayan mallarla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Vergi orqanının nəzarət tədbirləri zamanı vergi ödəyicisinin sahibliyində olan malların təqdim edilməsinin hansı dövrə aid edilməsi ilə bağlı konkret müddəa Vergi Məcəlləsində nəzərdə tutulmamışdı. Qeyd olunan əlavədən sonra vergi nəzarəti tədbirlərinə fərqli yanaşma tətbiq olunur.

Mİsal 1.  Vergi orqanının 2020-ci ilin sentyabr ayında keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində 1200 sayda malın uçotda olmadığı müəyyən edilib. Mümkündür ki, həmin mallar təkcə sentyabr yox, öncəki aylarda və rüblərdə də təqdim edilib. Amma Vergi Məcəlləsinin 67.15-ci maddəsi tələb edir ki, həmin malların təqdim edilməsi sentyabr ayında nəzərə alınsın.

Mİsal 2.  Vergi orqanının 2020-ci ilin sentyabr ayında həyata keçirdiyi səyyar vergi yoxlaması zamanı ƏDV ödəyicisi olmayan, mənfəət (gəlir) vergisi ödəyicisinin sahibliyində olmayan 850 sayda malların uçotdan yayındırılması halı müəyyən edilib. Bu halda vergi orqanı həmin malların təqdim olunmasını 2019-cu il üzrə Mənfəət (gəlir) vergisi bəyannaməsində nəzərə alacaq.

Mİsal 3.  Vergi orqanı tərəfindən 2020-ci ilin aprel ayında ƏDV və mənfəət (gəlir) vergisi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı 400 sayda malın uçotda olmaması müəyyən edilib. Vergi orqanı 2020-ci ilin ilk 3 ayını (yanvar - mart) əhatə edən səyyar vergi yoxlaması həyata keçirdiyi üçün, həmin malların təqdim edilməsi 2020-ci illin mart ayı üzrə ƏDV bəyannaməsində də nəzərə alınacaq.

1 yanvar 2022-ci ildən isə həmin malların təqdim oluması bir əqd və ya müqavilə üzrə təqdim edilmiş sayılacaq.

Mİsal 1. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı vergi  ödəyicisinin uçot məlumatlarında (sənədlərində) göstərilən 40 000 manat məbləğində malların faktiki olaraq onun sahibliyində olmadığını aşkar edib. Bu zaman səyyar vergi yoxlamasının həyata keçirilməsinə ehtiyac olmaya bilər. Vergi orqanı həmin malları bir müqavilə üzrə son hesabat dövründə təqdim edilməsi kimi qəbul edir. Mallar eyni qiymətlə bir şəxsə satılmış kimi qəbul edildiyindən təqdimedilmə qiyməti kimi həmin malın son  satış qiyməti əsas götürüləcək.

Mİsal 2. Vergi orqanı vergi nəzarəti tədbirləri zamanı müəyyən edir ki, vergi ödəyicisinin uçot məlumatlarına əsasən, yük gömrük bəyannaməsi, və (və ya) elektron qaimə faktura və (və ya) elektron alış sənədləri üzrə 180 000 manat mal daxil olub. Operativ vergi nəzarəti zamanı vergi ödəyicinin sahibliyində malların olmadığı müəyyənləşdirilib. Vergi orqanı malların təqdim edilməsi üzrə məbləğin 220 000 manat olduğunu müəyyən etdiyi üçün Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin məcburi ƏDV qeydiyyatını həyata keçirir. Bu halda malların təqdim olunması zamanı ƏDV hesablanması həyata keçirilir ki, bu da vergi ödəyicisinin ƏDV üzrə də borcunun yaranmasına səbəb olur.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər