Səhifəni çap et
Cümə axşamı, 30 İyun 2022 06:59

Xəstəlik üçün müavinət necə hesablanır və icbari ödənişlərə necə cəlb olunur?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

“Əmək haqqı” bölməsində toxunacağımız mühüm məsələlərdən biri də əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə verilən müavinətin hesablanması və icbari ödənişlərə cəlb olunması qaydasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında”  Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazanc həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır.

Müavinətin ümumi məbləği, gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır.

Mİsal. Məmmədov Murad Arif oğlu 22 aprel 2020-ci ildən 9 may 2020-ci il tarixinə kimi (18 günlük) əmək qabiliyyətini müvəqqəti itirib, daha doğrusu, xəstələnib və xəstəlik vərəqəsini təşkilata təqdim edib. Onun aprel 2019 - mart 2020-ci il (son tam 12 aylıq) dövrünün əmək haqqı 7800 manat təşkil edir, iş stajı isə 14 ildir.

İlk növbədə müəyyənləşdirməliyik ki, aprel 2019 - mart 2020-ci il tarixinə kimi olan dövrdə neçə iş günü var. Tutaq ki, bu müddət ərzində 288 iş günü var. Bunu müəyyənləşdirdikdən sonra artıq aydınlaşdırmalıyıq ki, gündəlik qazanc nə qədərdir. Gündəlik qazancı hesablamaq üçün 12 ayın əmək haqqı (7800 manat) iş günlərinin cəminə (288) bölünməlidir: 7800 manat / 288 = 27,08 manat.

Üçüncü addım isə ilk 14 təqvim günündə neçə iş gününün olmasını müəyyənləşdirməkdir. Bu rəqəm ona görə tapılır ki, Əsasnaməyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında ilk 14 təqvim gününün müavinətini müəssisə, qalan günləri isə DSMF orqanları ödəyir. İlk 14 təqvim günü 22 aprel 2020-ci ildən 5 may 2020-ci ilədək olan dövrə düşür və bu müddətdə 10 iş günü var. Deməli, hesablayacağımız 14 iş günündən 10 iş gününün müavinətini müəssisə ödəyəcək. Bu halda müavinətin 270,80 manatını (27,08 manat gündəlik qazanc x 10 iş günü) müəssisə, 108,32 manatını isə (27,08 manat gündəlik qazanc x 4 iş günü) DSMF orqanları ödəməlidir.

İcbari ödənişlərə gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərə gəlir vergisi üzrə GÜZƏŞT NƏZƏRDƏ TUTULMAYIB.  Amma, “Sosial Sığorta haqqında’,“İşsizlikdən sığorta haqqında’  və “Tibbi sığorta haqqında’ qanunlarına əsasən, müəssisənin hesabladığı müavinət üzrə sosial ayırma, işsizlikdən sığorta və və icbari tibbi sığorta haqları hesablanmır. DSMF tərəfindən ödəniləcək məbləğdən gəlir vergisini isə ödəyən şəxs - yəni, dövlət sosial müdafiə orqanı tutaraq dövlət büdcəsinə ödəyəcək.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.