Əsas vəsaitlər üzrə qalıq dəyəri 500 manatdan az olduqda, amortizasiya hesablanması dayanır?

Əsas vəsaitlər üzrə qalıq dəyəri 500 manatdan az olduqda, amortizasiya hesablanması dayanır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi, dəyəri 500 manatdan yuxarı və istifadə müddəti 1 ildən çox olan maddi aktivlər əsas vəsait hesab olunur. Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.
Maddədən göründüyü kimi əsas vəsaitin dəyəri 500 manatdan yuxarı, amma ilkin dəyərinin 5 faizindən az olduqda qalıq dəyəri məbləğinin gəlirdən çıxılması mümkündür. Digər halda da, yəni əsas vəsaitin qalıq dəyəri onun ilkin dəyərinin 5 faizindən çox, amma 500 manatdan az olarsa, bu zaman da həmin xərc gəlirdən çıxılır.
Mühasibat uçotu baxımından yanaşsaq, torpaq, tikili avadanlıqlar (əsas vəsaitlər) üçün hər ilin sonunda, növbəti illər üçün onların faydalı istifadə müddətinə yenidən baxılmalıdır. Ola bilsin ki, əsas vəsaitin dəyəri çox aşağı düşüb və növbəti il balansdan silinməlidir. Amma təşkilat əsas vəsaitin istismara daha bir neçə il yararlı olduğuna qərar verə və ondan istifadə edə bilər. Bu zaman onun faydalı istifadə müddəti daha bir neçə il artırılır və artıq növbəti il o, balansdan silinmir, həmin illər ərzində qalıq dəyəri yenidən amortizasiya olunur.
Ümumiyyətlə, amortizasiya müddəti başa çatan əsas vəsaitin mütləq silinməsi barədə vergi qanunvericiliyində hər hansı tələb yoxdur.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər