Vergi borcu ilə bağlı sərəncamın düzgün icra olunmamasına görə maliyyə sanksiyası necə hesablanır?

Vergi borcu ilə bağlı sərəncamın düzgün icra olunmamasına görə maliyyə sanksiyası necə hesablanır?

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərilir.

Vergi orqanı tərəfindən bildiriş üzrə borclar tam ödənmədikdə vergi ödəyicisinin bank hesabına icra üçün ödəniş və ya dondurulma sərəncamı qoyulur.

Mİsal 1. Vergi orqanı tərəfindən 15 noyabr 2020-ci il tarixdə 2000 manat məbləğində vergi borcunun ödənilməsi üçün icra sərəncamı göndərilib. Vergi ödəyicisinin bank hesabında sərəncamı icra etməyə kifayət qədər vəsait olmasa da, kassa hesabında 5000 manat vəsaiti mövcuddur. Vergi ödəyicisi bank hesabında sərəncam olduğu halda, malların ödənişi üzrə 3000 manatı kassadan nağd xərcləyərsə, vergi orqanı tərəfindən ona apardığı məxaric əməliyyatının 50 faizi qədər, yəni 1500 manat (3000 manat x 50 faiz) maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 2. Vergi orqanı tərəfindən 30 noyabr 2020-ci il tarixdə vergi ödəyicisinin bank hesabına 5500 manat məbləğində icra sənədi göndərilib. Vergi ödəyicisi həmin tarixdə banka müraciət edərək 5000 manatı nağdlaşdırıb və kassadan məxaric etməklə əmək haqqı ödənişləri üçün istifadə edib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.4-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmir. Çünki Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, vergi ödəyicisi ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:

- birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

- ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir;

- üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

- dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

-  beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

-  altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

Mülki Məcəllədən göründüyü kimi, əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi ikinci növbədə gəlir. Üçüncü növbədə isə dövlət büdcəsinə olan ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. O halda vergi ödəyicisinə əmək haqqı ödənişləri həyata keçirdiyinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək. Ancaq təcrübədə əmək ödənişləri ilə bağlı sui-istifadə hallarına rast gəlinir.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Kəmalə 26 Yanvar 2023

    Salam, zəhmət olmasa bildirəsiniz: DGK-dan alınan malın keçirilməsi zamanı Gömrük Bəyannaməsini dolduran zamanı mən malın hansı dəyərini qeyd etməliyəm: malın statistik dəyərini yoxsa təqdim edilən "İnvoys"da göstərilən dəyəri?

Şərh yazın

Xəbərlər