Əmək haqları fərqlənən işçilərə fərqli tibbi xidmət paketi təklif edilir?

Əmək haqları fərqlənən işçilərə fərqli tibbi xidmət paketi təklif edilir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Həmkalarımızı maraqlandıran məsələlərdən biri də, icbari tibbi xidmət paketinin işçilərin əmək haqları üzrə fərqləndirilib-fəqləndirilməməsidir. Həm məcburi dövlət sosial sığorta ayırması, həm də işsizlikdən sığorta məbləğinin az və ya çox olması işçinin gələcəkdə alacağı pensiya və işsizlik müavinətinin məbləğinə təsir edir.

Mİsal. Satış sektorunda fəaliyyət göstərən vergi ödəyicisi 8000 manat və 400 manat əmək haqqı alan işçilərinə müvafiq olaraq 80 manat və 4 manat icbari tibbi sığorta haqqı hesablayır. Bu halda dövlət tərəfindən həmin şəxslərə təklif olunan icbari tibbi sığorta paketinin tərkibində fərq olacaq?

Əmək haqqı üzrə hesablanan icbari tibbi sığorta məbləğinin az və ya çoxluğundan asılı olmayaraq hər bir şəxsə eyni həcmdə tibbi xidmətlər təkilf olunacaq.

 “Tibbi sığorta haqqında” AR Qanununda bununla bağlı fərqli yanaşma nəzərdə tutulmadığından hər bir işəgötürən işçinin əmək haqqından və əmək haqqı fondundan icbari tibbi sığortanın tutulmasını ayrıca həyata keçirməlidir.

Mİsal. İşçi əsas iş yerində 1200 manat əmək haqqı alır. Bundan əlavə, həmin şəxsin əlavə iş yerində əmək haqqı 700 manat təşkil edir. İşçinin iş yerinin sayından asılı olmayaraq, hər bir iş yerində qanunun tələblərinə uyğun olaraq icbari tibbi sığorta haqqı hesablanmalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər