Təsisçinin öz payını başqasına satması necə həyata keçirilməlidir?

Təsisçinin öz payını başqasına satması necə həyata keçirilməlidir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Təcrübədə ən çox rast gəlinən məsələ təsisçinin payını başqa şəxsə satmasıdır. 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində bu məsələ ilə bağlı ciddi dəyişikliklər həyata keçirilib.

Vergi Məcəlləsinin 104.6-cı maddəyə əsasən, “hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.”

Maddənin tələblərinə uyğun olaraq, 1 yanvar 2019-cu il tarixdən etibarən payını satan təsisçinin vergi öhdəliyi artırılmış oldu. Vergi Məcəlləsinin bu maddəsini aşağıdakı göstəricilərə malik olan vergi ödəyicisinin üzərindən izah edək.

Mİsal. “A” ASC-nin nizamnamə kapitalı hər birinin nominal dəyəri 25 manat olan, 10 ədəd səhmdən ibarətdir, 250 manat təşkil edir. Cəmiyyətin il ərzində bölüşdürülməmiş mənfəəti 4 000 manat olmuşdur ki, nəticədə xalis aktivlərin dəyəri 5 000 manat təşkil etmişdir. Bu halda, xalis aktivlərin səhmlərə mütənasib dəyəri 500 (5 000 (xalis aktivin dəyəri) / 10 (səhmlərin sayı) manat təşkil edəcək.

1) Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə

Mİsal. “A”ASC-nin təsisçiləri səhmlərin birini 700 manatdan olmaqla təqdim edir. Bizim misalda səhmin nominal dəyərinin 25 manat olmasına baxmayaraq, cari vəziyyətə xalis aktivlərin səhmlərə mütənasib dəyəri 500 manatdır. Bu halda mənfəət vergisinə cəlb olunan məbləğ hər bir səhm üçün 675 manat (700 manat – 25 manat) olacaq.

Daha sadə dillə desək, təqdimetmə zamanı qiymət xalis aktivlərin mütənasib dəyərindən yüksək olduğu üçün yalnız səhmin nominal dəyəri çıxılır:

700 manat (təqdimetmə dəyəri) > 500 manat (aktivlərin səhmlərə mütənasib dəyəri).

Mənfəətə cəlb olunan məbləğ (675 manat) = 700 manat (təqdim etmə dəyəri) – 25 manat (səhmin nominal dəyəri).

2) İştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə

Mİsal. “A” ASC-nin təsisçiləri səhmlərin birini bu dəfə 700 manata yox, 350 manata təqdim edir. Misalımızda səhmin nominal dəyəri 25 manat olmasına baxmayaraq, cari vəziyyətdə xalis aktivlərin səhmlərə mütənasib dəyəri 500 manatdır. Göründüyü kimi, təqdim olunma qiyməti xalis aktivlərin mütənasib dəyərindən azdır. Bu zaman mənfəət vergisinə cəlb olunan məbləğ hər biri 475 manat (500 manat – 25 manat) təşkil edəcək.

Daha sadə şəkildə ifadə etsək, təqdimetmə zamanı qiymət xalis aktivlərin mütənsib dəyərindən aşağı olduğu üçün, bu dəfə artıq təqdim etmə qiyməti yox, xalis aktivlərin mütənasib dəyəri ilə səhmin nominal dəyəri arasındakı fərq vergiyə cəlb olunur: 350 manat (təqdimetmə dəyəri) < 500 manat (aktivlərin səhmlərə mütənasib dəyəri). 475 (vergiyə cəlb olunan dəyər) = 500 manat (aktivlərin səhmlərə mütənasib dəyəri) – 25 manat (səhmin nominal dəyəri).

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər