İdxal olunmuş yararsız avadanlıq geri qaytarılsa, ƏDV ödənməlidir?

İdxal olunmuş yararsız avadanlıq geri qaytarılsa, ƏDV ödənməlidir?

Sual: - ƏDV  ödəyicisi  olan müəssisə Türkiyədən almış olduğu (idxal zamanı  ƏDV  ödənilib  və əvəzləşdirilib)  avadanlıqların  bir  qismini yararsız  olduğu  üçün geri  qaytarmaq  barədə qarşı  tərəf  ilə  razılığa  gəlib.  Malların  geri qaytarılması ixrac  sayılırmı və büdcəyə  ƏDV  ödənişi  varsa, bu  kim tərəfindən  ödənilməlidir ?
Səxavət

Cavab: - Belə aydın olur ki, siz avadanlığı idxal etmisiniz, alqı-satqı çərçivəsində ƏDV ödəmisiniz. Həmin ƏDV-ni də əvəzləşdirmisiniz. Sonradan həmin avadanlığı geri qaytararkən məntiqlə alqı-satqı etməlisiniz (yəni, burada müvəqqəti idxaldan söhbət getmir). Yaxud, müqaviləyə elə bir maddə sala bilərsiniz ki, həmin maddə çərçivəsində geri ixrac edə biləsiniz. Vergi Məcəlləsinə əsasən, bu malların ixracı ƏVD-yə «0»  dərəcə ilə cəlb olunur. Yəni, burada artıq ƏDV ödənişi yoxdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər