Əsas vəsaitlər balansdan silinərkən verilən müxabirləşmələr

Əsas vəsaitlər balansdan silinərkən verilən müxabirləşmələr

Sual: - Əsas vəsaitlər tam amortizasiya olunduqdan sonra həmən əsas vəsaitın balansda müxabirləşməsi necə aparılır. İkinci sualim ondan ibarətdir ki, mənfəətdən depozit yatırmaq olarmı? Olarsa, bu zaman müxabirləşmə necə verilməlidir?
 
Kamil
 
Cavab: - Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) tam amortizasiya olunduqdan sonra onların  balansdan silinməsinin müxabirləşməsi aşağıdakı kimi verilməlidir. Gəlin, bunu sadə misalla izah edim. Tutaq ki, AA firmasının balansında 10.000 manatlıq avadanlıq var və onun faydalı istifadə müddəti 5 ildir, sonda qalıq dəyəri yoxdur və firma amortizasiyanı düz xətt metodu ilə aparır.
Köhnə hesablar planında 
 
DT   KT   Məbləğ Əməliyyatın adı.
 
01   60  10.000  Əsas vəsait alınıb.
20   02  10.000  5 il ərzində əsasə vəsaitə
 amortizasiya  hesablanıb.
47   01  10.000  Əsas vəsait silinir.
02   47  10.000  Silinmiş əsas vəsaitin amortizasiya
       məbləği silinir.
 
Yeni hesablar planında
 
DT   KT   Məbləğ Əməliyyatın adı.
 
111   531  10.000  Əsas vəsait alınıb.
202   112  10.000  5 il ərzində əsas vəsaitə
 amortizasiya  hesablanıb
112   111  10.000  Əsas vəsait silinir.
 
Sualınızın ikinci hissəsi tam aydın olmadı. Mən mənfəətdən hər hansı bir depozit yatırmaq anlayışına indiyə kimi heç yerdə rast gəlməmişəm. Ola öilər ki, siz nəzərdə tutursunuz ki, müəssisənin sərəncamında mənfəət var və həmin mənfəətdən banka depozit kimi məbləğ yatırasınız. Əgər belə hal varsa, əlbəttə ki, müəssisənin təsisçilərinin qərarına əsasən depozit qoya bilərsiniz. Və yaxud sərəncamda qalan mənfəətdən ehtiyatların yaradılması məsələsi. Bu zaman əgər nizamnamədə nəzərdə tutulubrsa, təsisçilərin qərarına əsasən hər hansı bir ehtiyat yarada və sonradan həmin ehtiyatı təyinatı üzrə istifadə edə bilərsiniz.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər