İşəgötürənin işçiyə ödədiyi müavinət 200 manatdan aşağı olduqda, məbləğdən gəlir vergisi necə tutulur?

İşəgötürənin işçiyə ödədiyi müavinət 200 manatdan aşağı olduqda, məbləğdən gəlir vergisi necə tutulur?

Sual: - Salam Monitor Konsaltinq. Sizə bir sualım var.
Tutaq ki, işçiyə xəstə olduğu günlərə görə cəmi 290 manat müavinət hesablanılıb. Bunun 150 manatını müəssisə, 140 manatını isə Dövlət Sosial Müdafiə Fondu ödəyəcək. Bu halda cəmi məbləğə gəlir vergisi hesablanıb şdənilməlidir, yoxsa müəssisəsnin ödəməli olduğu 150 manata?
140 manatın gəlir vergisi bu məbləğdən minimum əmək haqqı çıxıldıqdan sonra hesablanmalıdır: (140-93.50)*14%=6.51? Bu halda işçiyə 113.49 manat ödənilməlidir? Demək istəyirəm ki, məbləğ tam olduqda ona gəlir vergisi hesabalana zaman minimum əmək haqqı çıxılmalıdırmı? Bu məsələ barədə mühasiblər arasıında yekdil fikir yoxdur. İnanıram ki, mənə dəqiq cavab verəcəksiniz.
 
Cavab: - Bu kimi sualların cavablarını jurnalımızın ötən buraxılışlarında və həmçinin «Əmək münasibətləri A-dan  Z-yə» kitabında geniş açıqlama ilə vermişik. Oxucumuza bildirmək istərdim ki, bəli, gəlir vergisi tutulmaq üçün tam məbləğ götürülməlidir. Qeyd etdiyiniz 290 manat əmək  qabiliyyətinin itirilməsinə görə müavinətdən birbaşa 14% vergi tutulmalıdır. Müəssisə üzərinə düşən hissənin - 150 manatın vergisini çıxıb ödəyir. DSMF orqanlarına təqdim olunan cədvəldə isə yazır ki, 140 manatın manat gəlir vergisi 19,60 manat (140*14%), DSMF tərəfindən ödəniləcək məbləğ isə 120,40 (140 – 19,60) manatdır.
Ümüdvaram ki, tam izah edə bildim.

0 Komment

    Şərh yazın

    Xəbərlər