İşçi işəgötürənə vurduğu maddi ziyanı hansı halda necə ödəyir?

İşçi işəgötürənə vurduğu maddi ziyanı hansı halda necə ödəyir?

Sual: - İşəgötürən vurduğu ziyana görə işçiyə əməkhaqqıdan tutulmaqla cərimə yazmaq
hüququna malikdirmi?
 
Cavab: - İşçinin işəgötürən vurduğu ziyanla bağlı münasibətlər Əmək Məcəlləsinə əsasən tənzimlənir.
 
Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri 
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
 
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti 
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır.
 
Qeyd etdiyim maddələrdən tam aydın olur ki, işçi işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıyır və vurduğu ziyanın məbləği ödənilməldir. Ziyanın ödənilməsi ilə bağlı aşağdakı maddələrə də nəzər salaq ki, oxucularda tam aydınlıq yaransın.
 
Maddə 175. Əməkhaqqıdan tutulmalara yol verilən hallar və bunun icrası qaydası 
1. Əməkhaqqıdan müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından yalnız aşağıdakı ödənişlər tutulur:
a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;
b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
 
Maddə 176. Əməkhaqqıdan tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması 
1. Hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqıdan bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.
Deməli, ziyan dedikdə, əsasən maddi məsuliyyətlə bağlı yaranan ziyanlar nəzərdə tutulur. Yəni, işçinin məsuliyyətində hər hansı bir maddi əmlak olmalıdır ki, işçi özünə aid olan əmək funksiyalarını yerinə yetirəndə həmin maddi əmlakla bağlı işəgötürənə hər hansı bir ziyan vura bilsin. Belə işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmalıdır. Belə müqavilə olmazsa, onda işçi ancaq bir orta aylıq əmək haqqını ödəyir və canını qurtarır. Tutaq ki, işçi anbardardır və invertarizasiya nəticəsində aydın olur ki, onun anbarında 10.000 manatlıq mal əksikdir, işçi ilə maddi məsuliyyət haqqında müqavilə bağlanmayıb. Tutaq ki, işçinin orta aylıq əməkhaqqı 400 manatdırsa, onda işçidən 400 manat tutulur və bununla məsələ bağlanılır.Amma maddi məsuliyyət haqqında müqavilə olsa, onda 10.000 manatı onun əməkhaqqından tutmaq olar.
Gələk məsələnin ikinci hissəsinə. Əməkhaqqıdan nə qədər cərimə tutmaq olar? Sizin halınızda işçinin əməkhaqqından cərimə kimi vurduğu ziyana görə 20% məbləğ tutmaq olar.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər