6 aydan az işləyən işçiyə istifadə olunmamış məzuniyyət haqqına görə kompensasiya ödənilir?

6 aydan az işləyən işçiyə istifadə olunmamış məzuniyyət haqqına görə kompensasiya ödənilir?

"Təfsilatı ilə" rubrikası sərbəst auditor Altay Cəfərov və "MK" jurnalının təsisçisi Anar Bayramovun apardığı müzakirə nəticəsində formalaşır.
 
- Daha bir oxucumuz sınaq müddəti ilə bağlı sual göndərib. Sual dolayısı ilə əmək müqaviləsilə bağlıdır. Oxucumuz bilmək istəyir ki, sınaq müddətində işdən çıxan işçiyə istifadə olunmamış məzuniyyət haqqı ödənilməlidirmi?
 
- Əmək müqaviləsi bağlanan zamanı sınaq müddəti təyin oluna bilər və bu sınaq müddəti 3 aydan çox olmamalıdır. Sınaq müddəti başa çatdıqdan sonra qərar verilir ki, işçinin müqaviləsi başa çatdırılsın, yaxud müqavilə hər hansı bir müddətə və ya müddətsiz uzadılsın. Əmək Məcəlləsində qeyd olunub ki, işçi əmək müqaviləsininin müddətindən asılı olmayaraq, əmək məzuniyyətindən istifadə etməlidir. Amma bir məqama diqqət yetirmək lazımdır ki, ilk əmək məzuniyyətindən istifadə işə qəbuldan 6 ay sonra mümkündür. Buradan aydın olur ki, 6 aydan az müddətə müqavilə bağlamış və ya 6 aydan az işləyib çıxan işçilərə əmək məzuniyyətinin əvəzinə kompensasiya verilməlidir. Bununla belə, Məcəllədə əmək məzuniyyətinin sınaq müddətinə tədbiq olunmaması haqqınla heç bir maddə yoxdur. Odur ki, 3 ay sınaq müddətində və əlavə bir ay işləmiş işçiyə kompensasiya 4 ay üçün ödənilməldir.

 “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər