Notarial qaydada təsdiqlənmiş etibarnamə icarə müqaviləsini əvəz edə bilərmi?

Notarial qaydada təsdiqlənmiş etibarnamə icarə müqaviləsini əvəz edə bilərmi?

Cavab: - Bu məsələ ilə bağlı əvvəlki buraxılışlarımızda ətraflı məlumat vermişəm.Amma yenə də qısa məlumatlandırmaq istərdim.
 
Mülki Məcəllənin 362-ci maddəsində konkret yazılıb:
 
Maddə 362. Etibarnamə
 
362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi  vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün  vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
 
Maddəyə diqqətlə nəzər yetirsəniz, görərsiniz ki, hər hansı bir şəxs digər şəxs qarşısında özünü təmsil etmək üçün başqa bir şəxsə etibarnamə verir. Etibarnamə kimə verilibsə, o, etibarnaməni verən şəxsi təmsil edir. Həmin etibarnamə ilə o, hansı hərəkət edirsə, bu artıq etibarnaməni  vermiş şəxsin hərəkəti sayılır (etibar olunmuş səxsin yox). Sizin misalınızda qeyd etdiyiniz kimi Hüseynov İslam ona verilən etibarnamə ilə həmin 20 kv.metr sahə ilə bağlı hansı hərəkəti edəcəksə, bu artıq onun yox, Məmmədli Elmarın hərəkətləri sayılır. Yəni, kassa aparatı da Məmmədli Elmarın adından qoyulmalıdır, vergilər də onun adından ödənilməlidir.
Əvvəlki buraxılışlarda da qeyd etmişdim ki, əvvəllər vergi orqanları belə etibarnamələri qəbul edirdi, indi isə həmin etibarnamələrin icarə müqaviləri ilə dəyişdirilməsini  tələb edirlər.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər