Təsisçidən malın alınması necə rəsmiləşdirilməlidir?

Təsisçidən malın alınması necə rəsmiləşdirilməlidir?

Sual:- Salam!  Sualım ondan ibarətdir ki, təsisçilərdən alınan mal necə rəsmilləşdirilməlidir?

Oksana Xanseyidli    

Cavab: -Təsisçidən alınan mallar digər şəxslərdən alınan mallar kimi rəsmiləşdirilməlidir. Əgər təsisçi hüquqi şəxsdirsə və ya fiziki şəxs sahibkardırsa, o sizə malı satanda qaimə-faktura verməlidir. Siz ona vəsaiti nəğd formada ödəsəniz, onda Sizə kassa mədaxil orderi təqdim etməlidir. Nəğdsiz olarsa, artıq siz vəsaiti bankla ödəməlisiniz. Yox əgər təsisçi fiziki şəxs sahibkar kimi uçotda olmayan şəxsdirsə (onun əlbəttə ki, bu halda qaimə fakutrası olmayacaq), bu zaman komissiya formasında aktlaşdırın ki, həqiqətən də təsisçi Sizə malı satıb və siz malı qəbul etmisiniz. Həmin aktda təsisçinin imzası da olmalıdır. Vəsaitin təsisçiyə ödənilməsini isə kassa məxaric orderi ilə rəsmiləşdirin və onun şəxsiyyət vəsiqəsinin surətini sənədlərə əlavə edin.

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər