Cavab: Sualınızın cavabını Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli, 137 saylı Qərarinda tapa bilərik.
Həmin qərarda yazılıb ki, əmək məzuniyyətinin hesablanılması zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlər nəzərə alınır.