İstirahət günü işçini təlimə çağırmağa görə cərimə düşür?

İstirahət günü işçini təlimə çağırmağa görə cərimə düşür?

 

Sualı Dövlət Əmək Müfəttişliyinin ekspertləri cavablandırır

Sual. Təşkilatımız istirahət günləri işçilərə təlim keçirilməsi üçün onlıarın işə çıxması haqqında əmr imzalayıb və qanuna uyğun olaraq əlavə iş saatına görə ikiqat əməkhaqqı ödəyib.  Öyrənmək istərdim ki, sadəcə təlim məqsədi ilə işçiləri istirahət günləri işə cağırmaqla hər hansı qanun pozuntusuna yol vermirik ki?

Cavab. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99, 101 və 107-ci maddələrinin   tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla (adı çəkilən maddələrdə bu hallar göstərilib) istirahət, bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Bu hallar baş verərsə işəgötürən İnzibati Xətalar Məcəlləsinin 53-1 maddəsinə uyğun olaraq  inzibati məsuliyyətə cəlb edilə bilər.

 

 

 

 

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər