Cavab. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99, 101 və 107-ci maddələrinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla (adı çəkilən maddələrdə bu hallar göstərilib) istirahət, bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Bu hallar baş verərsə işəgötürən İnzibati Xətalar Məcəlləsinin 53-1 maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər.