Ezamiyyət vəsiqəsinə möhürün vurulması mütləqdir?

Ezamiyyət vəsiqəsinə möhürün vurulması mütləqdir?

Sual: Sürücünü Yevlaxdan BakıyaTürkiyə səfirliyinə göndərən zaman 1 günlük ezamiyyə ilə bağlı əmr yazıb, ona ezamiyyət vəsiqəsi vermişəm. Bakıda ezamiyyət vəsiqəsinə möhür vurdurmaq mümkün olmasa, bu, sənədləşdirmədə problem yaradar?

A. Həsənli

Cavab: Ezamiyyə qaydalarında yazılıb:

7. Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir.

Həmçinin, həmin qaydalarda ezamiyyət vəsiqəsinin forması da təsdiq olunub. Formaya görə gəlmə-getmə məntəqələrində işçinin gəlməsi getməsi imza möhürlə təsdiq olunmalıdır. Odur ki, möhür olmasa, bunu sübut etmək sizə çətinlik yaradacaq. Məsləhət bilərdim ki, ezamiyyət vəsiqəsində möhür olsun.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər