DƏM dublikat əmək kitabçası almağının yollarını izah edir

DƏM dublikat əmək kitabçası almağının yollarını izah edir

Sualı Dövlət Əmək Müfəttişliyinin ekspertləri cavablandırır

Sual: - İndiyə qədər 5 təşkilatda çalışmışam. Sonuncu calışdığım təşkilatdan artıq 3 aya yaxındır ki, öz ərizəmlə çıxmı-

şam. Yaxınlarda yeni işə qəbul olunmuşam və məndən əmək kitabçası tələb edirlər. Təəssuf ki, əmək kitabçamı itirmişəm.

İndi dublikat əmək kitabçasını hardan almalıyam? Bir-bir köhnə iş yerlərimə gedib imzalatdırmalıyammı? Təşkilat lar -

dan biri artıq bağlanıb, onunla bağlı nə etməliyəm? Zəhmət olmasa, bu prosesi mənə izah edərdiniz?

Tural Qurbanov

Cavab: - İtirilmiş əmək kitabçasının dublikatını almaq üçün, ilk növbədə işlədiyiniz bütün iş yerlərindən əmək fəaliyyətinizə dair arayış alınmalı (müəssisə hazırda fəaliyyət göstərmirsə və yaxud ləğv edilibsə, həmin müəssisənin arxiv sənədlərini təhvil verdiyi müvafiq arxiv idarəsindən arayış alınmalıdır) və arayışları yeni işlədiyiniz və yaxud işləyəcəyiniz müəssisəyə təqdim etməklə dublikat əmək kitabçası ala bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər