Hansı işlər zərərli işlər sayılir və ya zərərli işlərə görə əmək haqqı necə hesablanır?

Hansı işlər zərərli işlər sayılir və ya zərərli işlərə görə əmək haqqı necə hesablanır?

Sual: Salam.  Yeraltı su və kanalzasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar görülən işlər zərərli işlər sayılırmı? Əgər sayılırsa, onda orda işləyənlərin iş saatları və məzuniyyətləri necə olmalıdır?

Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən ərazidə işləyən işçilərin əməkhaqdılarına hansı güzəştlər nəzərdə tutulur?

Əvvəlcədən təşəkkür edirəm.

Namiq Yusifov

Cavab: Suallarınıza cavab vermək üçün bir neçə normativ akta müraciət olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»nın təsdiq edilməsi barədə 05 iyul 2004-cü il tarixli 92 saylı qərarı var. Həmin qərarın həcmi çox geniş olsa da, sizin qeyd etdiyiniz yeraltı su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərə görə əlavə məzuniyyətin verilməsi həmin qərarda nəzərdə tutulmayıb. Amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Praktiki olaraq su və kanalizasiya xətləri əsasən asfalt örtüklərinin altından keçir. Həmin xətləri dəyişmək və ya təmir etmək üçün asfaltı xüsusi avadanlıq vasitəsilə dağıtmaq lazımdır. Yəni, bu işlər xüsusi prevmatik və elektrik zərb alətləri ilə görülür. Əgər sizdə də belə işlər görülürsə, onda həmin işçilərə əlavə olaraq 6 gün əmək məzuniyyəti verməlisiniz.

Üçüncü sualınızı cavablandırmaq üçün Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» 22 avqust 2002- ci il tarixli, 137 saylı qərarına nəzər salaq.  Qərarın 5-ci bəndində yazılıb:

5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.

Buradan da tam aydın olur ki, 1500 metrədək üqksəklikdə çalışanların əməkhaqqı 1,1 misli miqdarında artırılmalıdır.

Amma əməkhaqqıdan tutulmalarla bağlı güzət yoxdur. Çünki əməkhaqqının bu formada artırılması artıq özü bir güzəşt formasıdır.

16 Komment

  1. Bulqeyis 03 İyun 2019

    Salam. Mən dövlət qulluqçusuyam. Mənim iş yerim dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşdiyindən əmək haqqında artımın (əmsalın) minimum miqdarı 1,1 məbləğində müəyyən edilir. Vəzifə maaşım 430 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 64.50 manat, qulluq stajıma görə 43 manat, III dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə görə 55 manat - cəmi əmək haqqım 592.50 manatdır. Bilmək istəyirəm 1.1 əmsalı 430 manata, yoxsa 592.50 manata tətbiq olunmalıdır? Xahiş edirəm məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

  2. Nurlan 22 Yanvar 2020

    Salam.mən dəniz səviyyəsindən 2000m yuksəklikdə isləyirəm.islədiyim yer eləktrik stansiyasidir 60 yasim var 25 ildən cox is stajim var.mənə pensiya dusur?

  3. Nurlan 22 Yanvar 2020

    Salam

  4. Mehman Quliyev 11 İyun 2020

    Mən dənizçiyəm 16il dənizdə həmidə işləmişəm onun 7 ilin xəzər dəniz gəmiçilik idarrsinde neft daşıyan tanketlərdə çalışmışam 9 ilini isə xəzər dəniz neft donanmasında gəmilərdə işləmişəm indi mənim 62 yaşım var mənə bu msfdəyə göre pensiya düşür.

  5. Tahirova Tahirə Yunis qizi 13 İyun 2020

    Salam mən 11 ildir xəstəxananin camaşirxansınada işləyirəm. Nəzərə alsaq ki yayda havanin temperaturu 42-45 dərəcəni gostərəndə və maşınların,ütünün,qurutma maşınının istiliyinin də uzərinə gəlsək ən azından 100 dərəcə istilik olur.Mənim bu işim zərərli hesab olunurmu? Hələ muxtəlif kimyəvi yuyucu vasitələrdən də istifadə edirik.Xahiş edırəm ki cavablandirasiniz.

  6. Cemil 03 İyul 2020

    Salam.Men kran sürücüyem.Menim işim ağır iş sayılır?30ildiki bu vezifede çalışıram.Hal hazırda 59yaşım var.Ne zaman pensiyaya çıxa bilerem?

  7. Gülnarə Cabbarova 24 Fevral 2021

    Salam.30 ildir Kompyuter arxasında otururam.Orta məktəbdə informatika müəllimi işləyirəm.Kompyuter otağında 20 kompyuter var.Mənim işim zərərli iş sayılırmı? Pensiyaya tez çıxa bilərəmmi?

  8. Kamran mustafayev 03 Mart 2021

    Salam dəmir yolunda yeplavoz çilinhər ağır işçi sayilir?

  9. Əliyeva Nərgiz 10 Avqust 2021

    Salam.Meişet Xidmeti sahesinde iş paltarlarinin yuyulmasi (şoloslu ,baksitli və qlinazomlu ) paltar ile meşgul olan maşinist peşesi guzeştli şertlerle teqaud ala bilermi?

  10. Ramila 17 Yanvar 2022

    Biz ozel klinikalardann birinde kimyaterapiya sobesinde işleyirik. Bizim mezuniyyetimizde ve maaşimizda digerlerimdem elave ustunlukler olmalidi? Cunki fakyiki olarag sobe saglamliga zererli kimi deyerlendirilir

  11. Шахмар Гусейнов 25 Yanvar 2022

    Salam,mən metallurgiya sənayesinin təkrarqarametal emal olunan zavodda ümumi 14 ilədək,metal emal edən avadanlıqların təmirci elektrik montyoru işləmişəm.mənə güzəştli şərt tətbiq edilməlidirmi?

  12. Nəsibə 11 May 2022

    Salam.30 ildi avtomat telefon stansiyasinda ATS de isleyirem . bu ilin 22 ilini komputerdeyem stansiyada sualanma var. İsimiz zererli is hesab olunurmu. Pensiya yasina tesiri varmi

  13. sevda Səlimov 19 Sentyabr 2022

    Salam. Mənim yoldaşım Dəmiryolu idarəsində 19 il 9 ay Kuzneц vəzifəsində işləyib. Bu zərərli sahə sayıldığından ayda ona 3 manat süd pulu verirdilər Ağ ciyərindən də zədə alıb. 50 yaşla çıxan iş yoldaşları oldu. Sonra yaşı 57 elədilər. Ona az qalmışdı çatmağına yaşı 60 elədilər. İndi isə həmin vəzifə yoxdur deyə ona itirdiyi səhhətinin əvəzini kim ödəməlidir?Köməklik etməyi Sizdən xahiş edirəm.Tel:0516028988

  14. NAMİZƏD 09 Oktyabr 2022

    Salam. Mən 9 il müddətində (1998-2007) dənizdə işləmişəm. Və dənizlə quru arasında Rabitə yaradan KURS-6 Radio-rele (РРЛ) stansiyasına xidmət etmişəm.Mütəxəssislər bilirlər ki,bu təsirli gücə malik zərərli ifrat yüksək tezlikdir.İndi pensiya yaşım çatıb. Mən SOCAR-ın İTRİ idarəsindən arayış ala bilmirəm ki, bu zərərli iş olub. Müqayisə üçün deyim ki, TELERADİO İB də həmin vaxtlar KURS-a avadanlığına xidmət edənlə hər ay 8 % əlavə pul alıblar.Və pensiyaya çıxanda da onlara zərərli işdə işləyən işçi kimi belə arayış veriblər.Deyirlər ki, 12 il yarım zəzərli iş stajın olmalıdır.Mənim 6 il zərəli iş stajım var (BAKU STEEL company və DRES KRASİN)-dƏ işlədiyimə görə. Bu 9 ilimin də arayışını versələr Mən zərərli işdə işlədiyimə görə pensiya ala bilərəm. Kömək edin, Sizdən xahiş edirəm.

  15. Ceyhun 04 Yanvar 2023

    Salamun əleykum Sement zavod laboratoriyasi zərərli iş sahəsi gedir?

  16. Qazızadə Gülxar 18 Fevral 2023

    Salam Bilmək istəyərdim ki,Xəstəxananın Hemodializ şöbəsində çalışan həkimlərətəqaüdə çıxma yaşlarında güzəşt olunurmu?

Şərh yazın

Xəbərlər