Əmlakdan əvəzsiz istifadə müqavilələrini vergi orqanları qəbul edirmi?

Əmlakdan əvəzsiz istifadə müqavilələrini vergi orqanları qəbul edirmi?

Sual: «Monitor Konsaltinq» jurnalının hörmətli əməkdaşları! Hər şeydən əvvəl belə bir jurnal nəşr etdiyiniz üçün mühasiblər adından Sizə təşəkkür edirəm.  Sualım belədir. Yeni yaradılmış müəssisə əmlakında olan taksi maşınlarını post-terminalla təmin etmək üçün vergilər idarəsindən subyekt kodu almalıdır. Vergilər idarəsi subyekt kodunu müəssisənin hüququ ünvanına versə də, əlavə olaraq icarə müqaviləsi və ya etibarnamə tələb edir. Daşınmaz əmlak başqasının adına olsa da, müəssisə rəhbərinin yaxın qohum olduğu üçün heç bir icarə haqqı istəmədən ondan əvəzsiz istifadə etməyə icazə verib. Vergilər idarəsi isə həmin obyektin icarə haqqını bazar qiymətinə uyğun hesablamaq istəyir. Bu nə dərəcədə doğrudur?

Cavab: Sualınızda bəzi qaranlıq məqamlar var. Taksiyə subyekt kodu almağın daşınmaz əmlakla hansı əlaqəsi olduğunu başa düşmədim. Gələk vergi orqanlarının icarə ilə bağlı iddialarına. Əmlakdan əvəzsiz istifadə o deməkdir ki, həmin əmlakla bağlı olan hər hansı əməliyyatdan gəlirlər 0 manatdır, daha doğrusu icarə haqqı 0 manatdır. Yəqin ki, vergi orqanları Vergi Məcəlləsinin 14-cü maddəsini əsas gətirərək bazar qiyməti ilə icarə haqqını hesablamaq istəyirlər. Onların bu hərəkətində qismən də olsa, həqiqət var. Mən dəfələrlə vergi ödəyicilərinə məsləhət görmüşəm ki, əmlakı əvəzsiz olaraq istifadəyə verməsinlər. Ona görə də vergi orqanları sizdən ya icarə müqaviləsini, əmlakın mülkiyyətçisi adından istifadə üçün başqa şəxsə verdiyi etibarnaməni istəyirlər. Təbii ki, burada vergi əmlakı istifadə edənə yox, onu əvəzsiz olaraq istifadəyə verənə hesablanacaq.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər