Milli Məclisdə Əmək Məcəlləsi ilə bağlı MARAQLI TƏKLİF: "Tixacla bağlı maddə əlavə edilsin"

Milli Məclisdə Əmək Məcəlləsi ilə bağlı MARAQLI TƏKLİF: "Tixacla bağlı maddə əlavə edilsin"

“Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla əlaqədar işə gecikənlərlə bağlı maddə daxil edək”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

Millət vəkili bildirib ki, Bakının ətraf bölgələrindən gələn insanlar bu problemi daha çox hiss edir: “İnsanlarımız işə gəlmək üçün 2 saat əvvəldən yola çıxır, işdən sonra isə evə çatmaq üçün 2 saat qət edirlər. Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun ki, insanlar işə gecikməyə görə incədilməsin. Xüsusilə də qadınlarla bağlı ən azı bunun tətbiq olunması lazımdır”.

0 Komment

    Şərh yazın

    Xəbərlər