Millət vəkili: "Dələduzun tərcümeyi-halını korlamaq istəmədikləri üçün işdən çıxma ərizəsi yazdırırlar"

Millət vəkili: "Dələduzun tərcümeyi-halını korlamaq istəmədikləri üçün işdən çıxma ərizəsi yazdırırlar"

"Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa ver. Sağlamlıq durumuna görə işini tərk edir və digər həqiqəti əks etdirməyən səbəblər...” “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razı Nurullayev bildirib.

O, bu praktikanı iki səbəbdən ziyanlı hesab etdiyini qeyd edib: “Birincisi bununla vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir”.

Millət vəkili vurğulayıb ki, hər iki halda ziyan görən cəmiyyət və gələcəyimizdir: “Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir. Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər