Mks.az saytı avqustun 1-dən fəaliyyətinə 2 həftəlik fasilə verəcək

Mks.az saytı avqustun 1-dən fəaliyyətinə 2 həftəlik fasilə verəcək

Hörmətli həmkarlar,
Mks.az saytının kollektivi əmək məzuniyyətində olduğundan saytımız 01-14 avqust 2019-cu il tarixlərində işləməyəcək. Eyni zamanda, satışda olan kitablarımızın sifarişçilərə çatdırılmasına da qeyd olunan tarixlərdə müvəqqəti fasilə veriləcək. Həmin tarixlərdə mks.az saytına yeni məlumatlar qoyulması və daxil olan sualların cavablandırılması da müvəqqəti dayandırılacaq.
Məzuniyyətdə olduğumuz dövrdə nəşrlərimizi “28 may” metrosu ərazisindəki “Kitabevim.az”, “Qlobus” və “Elmlər Akademiyası” metrosunun çıxışındakı “Rebus” kitab mağazalarından əldə edə bilərsiniz.
Yeri gəlmişkən, mks.az saytının kollektivi sentyabrın 1-dək dəyərli həmkarlarımıza 3 yeni məhsul təqdim edəcək. Məhsullardan ikisi yeni kitab, digər məhsul isə ölkəmizdə ilk dəfə mks.az saytı tərəfindən tətbiq edilən elektron xidmət olacaq.
Unutmayın: Hazırda sifarişlərin çatdırılması operativ olaraq həyata keçirilir.
Sizə isti yay günlərində xoş istirahət arzulayırıq!

0 Komment

    Şərh yazın

    Xəbərlər