VAKANSİYA! Konsaltinq Şirkətinə Maliyyə ASSİSTENTİ işləmək şansı

VAKANSİYA! Konsaltinq Şirkətinə Maliyyə ASSİSTENTİ işləmək şansı

Firma adı: İNTEX Audit and Consulting MMC

Vakansiya: Maliyyə assistenti/Administrativ assistent

Tələblər:

• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi olmalı;
• Vergi və Əmək Məcəlləsi haqqında məlumatlı olmalı;
• İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli;
• Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, Statistika) işləmə bacarığı olmalı;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• Fikrini izah etmək qabiliyyəti, ünsiyyət qurmaq və yaranmış problemləri operativ həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı,işdə punktuallıq vacibdir.

Vəzifələr:

 Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin icrası;
 Kassa və bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi-hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 Debitor və kreditor hesablaşmaların aparılması;
 Əmək haqqı, məzuniyyətlərin hesablanması;
 Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 Maliyyə direktorunun qonaqlarının qarşılanması və yönləndirilməsi;
 Ofis şəraitinə nəzarət olunamsı (ofis təmizliyinin təşkili, ofis avadanlıqlarına olan tələbatın müəyyənləşdirilməsi və alınmasının təşkili);
 Məktubların, prezentasiyaların və hesabatların hazırlanması;
 Tələbat yarandıqda maliyyə müdirini iclaslarda müşayiət etmək və qeydlər aparmaq.

İş şəraiti:

 AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə;
 6 günlük iş rejimi (I-V günlər 09:00-18:00, VI gün 09:00-13:00);
 Nahar ilə təminat;
 Əmək haqqı – 500 AZN

Əlaqə:

Uyğun namizədlər CV formalarını mövzu bölməsinə vakansiyanın adını qeyd etməklə [email protected] email adresinə göndərə bilərlər.

0 Komment

    Şərh yazın

    Xəbərlər