Vakansiya! Kredit təşkilatı regionda mühasib köməkçisinə 400 manat əmək haqqı təklif edir

Vakansiya! Kredit təşkilatı regionda mühasib köməkçisinə 400 manat əmək haqqı təklif edir

Maaş 300 - 400 AZN
İşəgötürən Vision Fund AzerCredit
Kateqoriya Maliyyə » Mühasibat
Şəhər Ağcabədi
Yaş 25 - 35
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Telefon (012) 597 48 18
Faks (012) 597 30 39
Elanın bitmə tarixi İyun 13, 2012
 
İş barədə məlumat
- Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək; 
- Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək; 
- Mini kassa üzrə gündəlik əməliyyatları icra etmək; 
- Mühasibat faylları ilə bağlı işləri dəqiq və vaxtında icra etmək; 
- Ödəniş üçün çekləri hazırlamaq; 
- Ödəniş sənədləri, qayimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək; 
- Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar sənədləri və hesabatları hazırlamaq; 
- Mövcud qaydalara müvafiq olaraq faylları və hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək; 
- Mühasibat əməliyyatlarını əllə, yaxud kompüterdə icra etmək və yeniləmək; 
- Hesablara və xərc mərkəzinə uyğun olaraq uçotun aparılması; 
- Birbaşa rəhbərin təsdiqi üçün mühasibat jurnalının hazırlanması; 
- Qayimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək.
 
Namizədə tələblər
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil; 
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; 
- Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik; 
- Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır); 
- Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə); 
- İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq; 
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq; 
- Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti; 
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq; 
- Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı; 
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
 
Mənbə: boss.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər