Vakansiya! HR sahəsində çalışmaq istəyənlər üçün ŞANS

Vakansiya! HR sahəsində çalışmaq istəyənlər üçün ŞANS

Qaradağ rayonunda yerləşən zavod İnsan Qaynaqları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi;
• Əmək qanunvericiliyinə uyğun lazımi əmrlərin hazırlanması;
• Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması;
• Verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etməli;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparmalı; əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak etməli;
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birabaşa rəhbərə hesabat hazırlayıb təqdim etməli;
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Əmək haqqı kartlarının sifariş verilməsi;
• Dövlət Miqrasiya Xidmətlərinə bütün lazımi sənədlərinin hazırlayıb təqdim edilməsi.

TƏLƏBLƏR:

• Müvafiq sahədə ali təhsili;
• Dil biliyi- İngilis, Azərbaycan, Rus
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• E-gov (electron hökümət portalı) sistəmi ilə işləmək üzrə təcrübəsi;
• Əmək qanunvericiliyini əla bilməli ;
• Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və statistik hesabatlarının tərtib edilməsini;
• İşçilərin işə qəbulu, azad edilməsi, ezamiyyə, məzuniyyət əmrlərinin hazırlanması;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
• Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
• Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını;

Ünvan: Qaradağ rayonu, Salyan şossesi, 24-cü km
İş saatları : 09:00-17:00
Əmək haqqı : 700 AZN Net

İşə gəlib-getmək üçün nəqliyyatla təmin olunur.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 İyun 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 

Satışda olan nəşrlərimiz:  

1) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma 

3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

4) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər