Vakansiya! Mühasib işləmək istəyənlərin nəzərinə

Vakansiya! Mühasib işləmək istəyənlərin nəzərinə

Fixed Assets and Inventory Accountant

Location: Garadagh

Əsas vəzifə və öhdəliklər:

• Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi
• İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi
• Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu
• Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu
• Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək
• Əsas vəsaitlərin uçotunun başa çatdırılması və SAP sistemində müvafiq qeydiyyatın aparılması
• Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi
• Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
• İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək
• Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi
• İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi
• Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi
• Capex və ya Opex uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq
• Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq
• Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi
• Mal-materialların hər həftə və hər ay yoxlanılması, fərqlərin qeydiyyatının aparılması
• Mal-materialların ERP sistemi-SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət
• Inventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək
• Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq
• Satınalmalarla bağlı PR, PO və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək

Tələblər:

• İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi. Mühasibatlıq üzrə diplom
• Əsas vəsaitlər və inventar üzrə mühasibatlıq sahəsində 2+ il iş təcrübəsi
• İngilis dili
• MS Office programları orta səviyyədə, MS excel üzrə səriştə

Interested Candidates please send your CV to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.

0 Komment

    Şərh yazın

    Xəbərlər