DSMF yoxlama zamanı hansı sənədləri tələb edə bilər: siyahı

DSMF yoxlama zamanı hansı sənədləri tələb edə bilər: siyahı

“Əmək Qanunvericiliyi və Şərhlər” Toplusu kitabından seçmə

Sual: Bilmək istərdik ki, DSMF orqanlarının səyyar yoxlaması zamanı sığortaedənlər hansı sənədləri təqdim etməlidirlər?

Cavab: Yoxlamalar zamanı aşağıdakı sənədlərin təqdim edilməsi tələb oluna bilər:
- məcburi dövlət sosial sığorta haqqının hesablanması, ödənilməsi və uçotu ilə bağlı olan sənədlər, hesabatlar;
- əmək və ya mülki hüquqi xarakterli müqavilələr;
- sığortaolunanın fərdi uçot sistemində uçotu haqqında sənədlər;
- kassa və bank əməliyyatlarını əks etdirən sənədlər;
- təhtəlhesab şəxslərin avans hesabatları;
- əməkhaqqı hesablaşma cədvəlləri;
- mühasibat hesabatları;
- üzləşdirmək üçün vergi hesabları;
- əmək kitabçaları;
- sosial sığorta şəhadətnamələri;
- kadr sənədləri;
- tabellər;
- məzuniyyətlərin hesablanılması cədvəlləri;
- məcburi sosial sığorta ilə bağlı digər sənədlər.
Səyyar yoxlamanın nəticələri üzrə DSMF orqanının yoxlama aparan işçiləri tərəfindən akt tərtib olunur və həmin şəxslər, həmçinin sığortaedənin rəhbəri (və ya onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər