Bir işçi eyni təşkilatda 2 vəzifə daşıması üçün hansı tələblər gözlənilməlidir?

Bir işçi eyni təşkilatda 2 vəzifə daşıması üçün hansı tələblər gözlənilməlidir?

Bəzən müraicət edirlər ki, bir işçi eyni təşkilatda 2 vəzifə daşıya bilərmi? Tutaq ki, müəssisədə kassir işini ofis meneceri görür. Bu hal necə tənzimlənməlidir? Müəssisədə bir vəzifə nə qədər boş qala bilər? Həmin suallara cavab olaraq bildirmək istəyirik ki, işçi eyni təşkilatda iki vəzifəni ancaq 3 ay
müddətində daşıya bilər. 3 aydan sonra artıq işçi yalnız əvvəlki işini icra etməli, və ya ona həvalə edilmiş işdə işləməlidir. Yaxud da onun əmək funksiyalarına yeniləri əlavə olunmaqla, əməkhaqqıda dəyişiklik edilməlidir.

Kiçik təşkilatlarda çox vaxt kassir vəzifəsini təşkilatın direktoru, yaxud da başqa bir işçi görür. Bu zaman əlavə işçinin götürülməsinə ehtiyac yoxdur. Tutaq ki, direktor istəyir ki, ofis menecerinə kassanı həvalə etsin. Bu zaman həmin ofis menecerinin əmək funksiyalarına kassir vəzifəsi ilə bağlı əlavələr edilməlidir. Ehtiyac olarsa, işəgötürən əlavə əmək funksiyalarına görə işçinin əməkhaq-
qını artıra bilər. Təbii ki, bu, işçi ilə işəgötürənin razılığı ilə olmalıdır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər