Təşkilat daxilində işçini bir işdən digər işə keçirəndə onunla son haqq-hesab edilməlidir?

Təşkilat daxilində işçini bir işdən digər işə keçirəndə onunla son haqq-hesab edilməlidir?

Bəzi təşkilatlar işçini təşkilat daxilində bir işdən digər işə keçirəndə onunla son haqq-hesab edirlər. Qeyd etdiyimiz kimi, işçi eyni təşkilatda bir işdən başqa bir işə keçirilən zaman ya əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmalıdır, ya da yeni əmək müqaviləsi bağlanılmalıdır. Əmək Məcəlləsinə əsasən, bu, işçinin əmək müqaviləsinə xitam verilməsi, müqavilənin ləğv olunması demək deyil.

Əmək müqaviləsinə xitam verilməsi dedikdə, artıq işçi və işəgötürən arasında olan bütün əmək münasibətlərinin dayandırlması başa düşülür. İşçi müəssisə daxilində işini dəyişdikdə isə bağlanan yeni əmək müqaviləsi əvvəlki əmək münasibətlərinin davamı kimi qəbul olunur. Ona görə də işçiyə əmək müqaviləsinə xitam verilməsi zamanı hesablanan kompensasiyalar, son
haqq-hesablar ödənilməməlidir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər