Işçiyə minimum əmək haqqından aşağı məbləğin verilməsinə aid misal

Işçiyə minimum əmək haqqından aşağı məbləğin verilməsinə aid misal

Tutaq ki, iş yerində gündəlik iş norması 8 saat və aylıq iş norması isə 176 saat müəyyən olunub. İşçi 176 saatı tam olaraq işləyibsə, ona minimum əməkhaqqından aşağı maaş verilə bilməz. Amma işçi bu normanın bir hissəsini yerinə yetiribsə, onda həmin ay üçün minimum əməkhaqqından aşağı maaş ala bilər. Bir misala baxaq. İşçi işəgötürənlə əmək müqaviləsi bağlayıb.

Müqavilədə aylıq əməkhaqqı 85 manat, gündəlik iş norması 8 saat, aylıq iş saatı norması isə 176 saat nəzərdə tutulub. İşçi müəyyən səbəblərdən bir ayda 100 saat işləyib. Onda işçinin əməkhaqqı 48,29 manat (85 manat /176 saat * 100) olmalıdır. Göründüyü kimi işçi faktiki olaraq 48,29 manat əməkhaqqı alır. Təcrübədə bu kimi hallara çox rast gəlinir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) orqanlarının, Dövlət Əmək Müfəttişliyinin (DƏM) vəzifəli şəxsləri bununla bağlı mühasiblərə iradlarını bildirirlər. Ancaq belə iradlar düzgün deyil.
Təşkilatlarda praktiki olaraq belə bir anlayış var: yarımştat. Tutaq ki, ştat cədvəli əsasında müəyyən olunub ki, iqtisadçı vəzifəsinin aylıq əməkhaqqı 140 manatdır. Bu işçi ilə müqavilə bağlanılan zaman gündəlik iş saatları natamam iş günü olmaqla müəyyənləşdirilir: İşçi gün ərzində 8 saat yox, 4 saat işləyəcək. Bu zaman həmin işçinin aylıq əməkhaqqı 70 manat təşkil edəcək, çünki həmin iş yerində gündəlik iş norması 8 saatdır, 140 manat 8 saatlıq iş gününə görə təyin olunub.
Sadəcə unutmayın ki, Əgər işçi aylıq iş vaxtı normasını və əmək funksiyasını yerinə yetiribsə, onun aylıq maaşı minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər