Dövlət Sosial Müdafiə Fondunun işçilərin sayının gizlədilməsinə görə tətbiq etdiyi maliyyyə sanksiyasının misalla izahı

Dövlət Sosial Müdafiə Fondunun işçilərin sayının gizlədilməsinə görə tətbiq etdiyi maliyyyə sanksiyasının misalla izahı

İndi isə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hansı maliyyə sanksiyalarının tətbiq olunmasına baxaq.
«Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində yazılır:
– Mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəlikərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya
müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında

Maddədən aydın olur ki, burada maliyyə sanksiyası hər bir işçiyə görə (bir ay üçün 55 manat) tətbiq olunur. Dövlət Sosial Müdafiə Fondunun maliyyə sanksiyasında ən vacib məqam odur ki, cərimə təşkilatın fəaliyyət dövrünün hər ayına görə hesablanır. Sosial sığorta orqanlarının müəssisənin fəaliyyət dövrünü necə müəyyənləşdirməsini misallar üzərində nəzərdən keçirək. Tutaq ki, təşkilat dövlət qeydiyyatından 01.02.2008-ci ildə keçib, 01.06.2008-ci ilə kimi fəaliyyəti olmayıb. 01.07.2008-ci ildə fəaliyyətə başlayan təşkilat 01.04.2009-cu ildə fəaliyyətini müvəqqəti dayandırıb, 01.08.2009- cu ildən isə fəaliyyətini bərpa edib. Təşkilat fəaliyyətini dayandırdığı haqqında vergi və DSMF orqanlarına məlumat verib, həmçinin fəaliyyətdə olmadığı dövr üçün boş hesabatlar təqdim edib. Eyni zamanda, təşkilatda 2009-cu və 2010-cu ilin mart aylarında DSMF orqanları tərəfindən yoxlamalar aparılıb. Birinci yoxlama zamanı 6 nəfər, ikinci yoxlama zamanı isə 4 nəfər işçinin əmək müqaviləsinin olmadığı aşkar edilib. Bu halda DSMF müfəttişlərinin hansı məbləğdə cərimə tətbiq etməli olduğunu nəzərdən keçirək.
Bəzən DSMF əməkdaşları cərimənin 01.02.2008-c ildən başlayaraq hər bir işçi üçün hesablanmasının gərəkdiyini bildirirlər. Ancaq bu, belə deyil. Çünki qanunda aydın yazılıb ki, təşkilatın fəaliyyət göstərdiyi aylar üçün maliyyə sanksiyası tətbiq olunmalıdır. Birinci yoxlama 01.02.2008-ci ildən 01.02.2009-cu ilə kimi olan dövrü əhatə etdiyindən və bu müddətdə təşkilatın 5 ay (01.02.2008-ci ildən 01.06.2008-ci ilə kimi) fəaliyyəti olmadığından maliyyə sanksiyası 7 ay üçün tətbiq olunmalıdır: 6 işçi x 55 manat x 7 ay = 2310 manat. İkinci yoxlama zamanı aşkara çıxarılan qanun pozuntusu nəticəsində hesablanacaq cərimə isə ancaq birinci yoxlama dövründən sonrakı aylara tətbiq oluna bilər. Bəzən DSMF orqanlarının müfəttişləri ikinci dəfə belə hallar aşkarlananda əvvəlki illərin maliyyə sanksiyasına cəlb edilməsi olduğunu bildirsələr də, bu, belə deyil. Çünki işəgötürən bir xətaya görə iki dəfə məsuliyyətə cəlb oluna bilməz. Artıq yeni yoxlama dövrü üçün müəyyənləşdirilmiş aylara görə maliyyə sanksiyası tətbiq olunmalıdır. Odur ki, ikinci yoxlama 01.02.2009-cu ildən 01.02.2010-cu ilə kimi olan dövrü əhatə etdiyindən, bu müddət ərzində 4 ay (01.04.2009-cu ildən 01.08.2009-cu ilə kimi) fəaliyyət olmadığına görə maliyyə sanksiyası 8 ay üçün tətbiq olunmalıdır: 4 işçi x 55 x 8 ay = 1760 manat.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər